Milan. Trend:
Alternativ enerji mənbələrinə keçid Azərbaycanın inkişafməqsədlərinə nail olmağa kömək edəcək.
Bunu Trend-ə bugün Milanda keçirilən AİB-in 58-ci İllik Toplantısı çərçvisədinəAİB-in İqtisadi Tədqiqatlar və İnkişafa Təsirin QiymətləndirilməsiDepartamentinin baş iqtisadçısı və baş direktoru Albert Parkdeyib.
"Biz ölkələrə öz davamlı inkişaf məqsədlərinə nail olmaqda köməketməyə sadiqik. Təbii ki, bərpa olunan enerji mənbələrinə keçiduzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin etmək üçünvacibdir. Bundan əlavə, qlobal karbon vergisinə keçid davametdikcə, iqtisadiyyatın əsası kimi qalıq yanacaqlardan asılılıqgetdikcə daha az həyat qabiliyyətli olur. Buna görə də, digərenerji mənbələrinə keçid daha davamlı inkişaf yoluna daha çox töhfəverəcəkdir”, - deyə o qeyd edib.
ABŞ-ın tarif siyasətinin təsirini şərh edən Park qeyd edib ki,Cənubi Qafqaz və Mərkəzi Asiyada bəzi neft ixrac edən ölkələrəqarşı sözügedən tariflər tətbiq edilməyib.
"Bu, mənfi nəticələri bir qədər yumşaldır. Amma ümumilikdəproblem bu tariflərlə bağlı qeyri-müəyyənlikdir. Bu, investisiyaqərarlarının qəbulunu və uzunmüddətli cavab strategiyalarınınhəyata keçirilməsini çətinləşdirir. Çoxları sadəcə gözləyir. Vəhətta yeni tədbirlər elan edilsə belə, bu, çətin ki, ticarətsiyasətindəki qeyri-müəyyənliyi aradan qaldırsın, çünki ABŞ-dəhazırkı administrasiyanın rəhbərliyinin başlanğıcından bəri başverdiyi kimi, yenidən dəyişə biləcəyinə dair qorxular qalmaqdadır”,- o bildirib.
Onun sözlərinə görə, qeyri-müəyyənlik bir müddət davam edəcəkki, bu da sürətli adaptasiyanı çətinləşdirəcək və uzunmüddətliperspektivdə bütün region ölkələri, o cümlədən Cənubi Qafqaz vəMərkəzi Asiya dövlətləri üçün daha yüksək uyğunlaşma xərclərinəgətirib çıxaracaq.