AZ

BVF məqsədyönlü tədbirləri dəstəkləmək üçün fiskal buferlər formalaşdırmağa çağırıb

Milan. Trend:

Bu gün qlobal iqtisadiyyatın üzləşdiyi əsas problem ticarətəlaqələrinin pozulması deyil, qeyri-müəyyənlikdir.

Trend xəbərverir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Asiya və SakitOkean Departamentinin direktor müavini Tomas Helblinq bu günMilanda keçirilən AİB-in 58-ci İllik Toplantısında “Qloballaşma –davamlı inkişafın hərəkətverici qüvvəsi kimi” adlı sessiyada çıxışızamanı deyib.

"Həqiqi ticarət şoku nisbətən kiçik olub. Hazırda daha böyükşok, yəqin ki, investisiya və istehlak xərclərini geri çəkənqeyri-müəyyənlik şokudur", - o bildirib.

Bu vəziyyətə cavab olaraq o, risklərin effektiv idarəedilməsinin və makroiqtisadi hazırlığın vacibliyini vurğulayıb:“Bizim mesajımız risklərin idarə edilməsidir və ya bəzən dediklərikimi “evinizi qaydasında saxlayın”. Bu, təkcə ayrı-ayrı şirkətlərsəviyyəsində deyil, bütün iqtisadiyyatda hazırlıq və çeviklik tələbedir”.

Helblinq hökumətləri zərurət yarandıqda tez reaksiya verməyə vəməqsədyönlü tədbirlər həyata keçirməyə imkan verəcək fiskalbuferlər yaratmağa və saxlamağa çağırıb.

"Çevik valyuta məzənnəsi maliyyə turbulentliyinin olmadığı birşəraitdə amortizator rolunu oynayır. Bu, həmçinin dəyişən ticarətaxınlarına, biliklərin ötürülməsinə və beynəlxalq əmək bölgüsünəuyğunlaşmanı asanlaşdırır", - o bildirib.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr