AZ

Böyük Dəbilqə: Azərbaycan finalının qalibi məlum oldu

BAKI, 4 may. TELEQRAF

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Elcan Hacıyev finalda digər Azərbaycan təmsilçisi Vüqar Talıbovu üstələyərək qızıl medal sahibi olub.

+100 kq-da Camal Qamzatxanov həlledici görüşdə Tacikistan təmsilçisi Temur Raximov olacaq. Eyni çəkidə yarışan Kənan Nəsibov isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə qarşılaşacaq.

Qeyd edək ki, 60 kq-da mübarizə aparan Balabəğ Ağayevin də aktivində qızıl medal var.

Seçilən
0
39
teleqraf.com

10Mənbələr