Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq.
"Referans" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi toplantıda razılaşdırıldığı kimi, Kipr türk xalqı gec-tez adada öz suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasını təmin edəcək”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta