BAKI, 4 may. TELEQRAF
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında növbəti dəfə “Bakı Marafonu–2025” təşkil edilib.
Teleqraf xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq keçirilən marafona bu dəfə 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanında yerləşən marafonun marşrutu Dənizkənarı Bulvar boyunca, həmçinin paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edərək, ümumilikdə 21 km-lik məsafəni əhatə edib.
Kişilər arasında türkiyəli Atac Sezgin birinci olub. Ukraynalı Vitali Şafar marafonu ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü pillədə başa vurublar.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycan idmançısı Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma isə üçüncü olublar.