Bu gün Türkiyə Super Liqasının XXXIV turunda "Fənərbağça" - "Beşiktaş" derbisi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" bu matçda iki oyunçusundan istifadə edə bilməyəcək. Allan Sen-Maksimen və Sofyan Amrabat derbidə heyətdə olmayacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.
"Fənərbağça" bu görüş öncəsi 75 xalla Super Liqada ikinci yerdədir. Uğursuz mövsüm keçirən "Beşiktaş" isə 52 xalla 4-cüdür.