AZ

"Ukrayna ilə barışıq qaçılmazdır": Putin müharibə ilə bağlı yeni bəyanat verdi

 
"Rusiya başlatdığını Kremlin istədiyi nəticə ilə sona çatdırmaq üçün kifayət qədər güc və vasitəyə malikdir..."
 
Kreml rəhbəri Vladimir Putin hesab edir ki, onu nüvə silahından istifadə etməyə təhrik etmək istəyiblər.
 
Moderator.az xəbər verir ki, bu bəyanatı Kreml diktatoru hakimiyyətdə olmasının 25 illiyinə həsr olunmuş müsahibəsində öz təbliğatçısı Pavel Zarubinə verib. Məlumatı "expert.ru" nəşri yayıb.
 
Putin bəyan edib ki, Ukraynaya qarşı müharibə zamanı nüvə silahından istifadə etməyə ehtiyac olmayıb. "Bizi təhrik etmək istəyirdilər, səhv etməyimizi gözləyirdilər. Amma siz danışdığınız silahdan istifadə etməyə ehtiyac olmayıb. Ümid edirəm ki, bu, heç lazım da olmayacaq", - diktator deyib.
 
O, qeyd edib ki, Rusiya artıq başladığını Kremlin istədiyi nəticə ilə sona çatdırmaq üçün kifayət qədər güc və vasitəyə malikdir.
 
Amerikalı jurnalist Bob Vudvord "Müharibə" adlı kitabında yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Xersonu və Xarkov vilayətinin bir hissəsini azad etməsindən sonra Qərbin kəşfiyyat xidmətləri Rusiyanın nüvə silahı tətbiq etmə ehtimalını ciddi şəkildə artırıb. Vudvordun mənbələrinə görə, Kreml nüvə təhdidlərini yalnız ABŞ və Çinin təzyiqlərindən sonra dayandırıb.
 
Bundan əlavə, Putin öz müsahibəsində Ukrayna ilə gələcəkdə barışığın olacağına inandığını bildirib. "Mənə elə gəlir ki, bu, qaçılmazdır, yaşadığımız bütün bu faciəyə baxmayaraq, bu, istər-istəməz baş verəcək. Bu, zaman məsələsidir", - Vladimir Putin qeyd edib. "Ukrayna ilə barışıq qaçılmazdır, bu, zaman məsələsidir", - o, əlavə edib.
 
Müharibənin sonu ilə bağlı danışıqlar
 
Dünən məlum olub ki, ABŞ Ukrayna üzrə danışıqlara yanaşmasını ciddi şəkildə dəyişəcək. ABŞ artıq Ukrayna ilə bağlı sülh danışıqlarından geri çəkilir, çünki ABŞ prezidenti Donald Tramp "irəli getməlidir".
 
Bundan öncə ABŞ Ukrayna ilə bağlı Kreml tərəfindən irəli sürülən əsas tələblərdən birinə qarşı çıxıb. ABŞ nümayəndələri Ukrayna hakimiyyətinə əminliklə bildirib ki, ərazi dəyişməsi ilə bağlı güzəştə getmək niyyətində deyillər.
Seçilən
0
moderator.az

1Mənbələr