Bakı. Trend:
Çox gözəl bir yarış idi. Çox xoşbəxtəm. İlk dəfə ki, Azərbaycanagəlirdim. Bakı çox qonaqpərvər, xeyirxah, təmiz insanlara sahibdir.Bir ildən sonra yenidən Azərbaycana gələcəm. Çox gözəl ölkəniz var,Bakı çox gözəldir.
Trend xəbər verir ki, bunuHeydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarıaltında keçirilən “Bakı Marafonu 2025”in kişilər arasında qalibiSezgin Atac jurnalistlərə açıqlamasında deyib.
Çempion idmançı bildirib ki, yarış onun üçün çox müsbətəhval-ruhiyyədə keçib.
“Külək çox güclü idi, bir az məni yordu. Lakin indi yaxşıyam.Çox dəstəkləyən var idi. Yol boyu bütün azarkeşlər adımıqışqırırdılar. Bu məni çox motivasiya edirdi. Su stansiyaları çoxyaxşı idi.
10 kilometrlik yarışda Türkiyə rekordçusuyam. Bu mənim azı20-30-cu qalibiyyətimdir, çox çempion olmuşam. Buraya gələndəqələbə qazanacağımı bilirdim, qazanmaq üçün gəlmişdim. Və qazandım.Azərbaycan xalqına, qardaş ölkəmizə təşəkkür edirəm”, - deyətürkiyəli idmançı çempionluq təəssüratlarını bölüşüb.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” baş tutub.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib.Marafon 21 kilometr məsafəni əhatə edib.