Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə hücum edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputat Sırrı Sürəyya Öndərin dəfn mərasimindən sonra Özel hücuma məruz qalıb. Yaşlı bir kişi onu yumruqlayıb.
Özelin vəziyyəti yaxşıdır. O, xəsarət almayıb
Hücum edən şəxs saxlanılıb.