AZ

Mahir Emreli start heyətdə

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 32-ci tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda öz meydanında "Elversberq"lə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 15:30-da başlayacaq matçın heyətləri açıqlanıb. Artıq 3 turdur ki, start heyətdə meydana çıxan Mahir Emreli bu oyunda da ilk 11-likdə yer alıb.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm Almaniya təmsilçisinin heyətində 21 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib. Mahir 2-ci Bundesliqanın son 3 oyununda 4 qol vurub. 

Seçilən
0
teleqraf.com

1Mənbələr