Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Özəl deputat Sırrı Sürəyya Öndərin dəfn mərasimindən sonra hücuma məruz qalıb.
Hücum edən şəxsin saxlanıldığı bildirilib.