“Lids” 2024/2025-ci illər mövsümü İngiltərə Çempionşipinin qalibi adını qazanaraq, inanılmaz çempionluq sevincini bayram edib.
Arena.az məlumat verir ki, “tovuzquşular” çempion adını sonuncu, 46-cı turda “Plimut Arqayl” ilə səfər oyundakı 2:1 hesablı əzmkar qələbə sayəsində rəsmiləşdiriblər.
Maraqlıdır ki, “Lids”in qələbə qolu hakimin oyuna artırdığı təzminat müddətində gəlib – 90+1-ci dəqiqədə italiyalı hücumçu Vilfrid “Villi” Nyontonun (Nyonto) ötürməsini israilli hücumçu Manor Solomon tamamlayıb.
Qələbə sayəsəində “Lids” xal hesabını 100-ə çatdıraraq, eyni miqadarda xal toplamış “Börnli”ni əlavə göstəricilər üzrə qabalayıb və çempion olub. Hər iki klub növbəti mövsümdə İngiltərə Premyer Liqasında işitak edəcək.
Əlavə edək ki, bu, “Lids”in İngiltərə Çempionşipində 5-ci çempionluğudur (1923/1924, 1963/1964, 1989/1990, 2019/2020, 2024/2025). Müvafiq göstərici “Norviç”, “Şeffild Uensdey” və “Sanderlend”lə birlikdə liqanın ən yaxşı 3-cü nəticəsidir.
İngiltərə Çempionşipini ən çox qazanmış klub isə cari mövsümün yekunları üzrə yenidən ora yuvarlanmış “Lester”dir. “Tülkülər”in Çempionşipdə 8 çempionluğu var.
Maraqlıdır ki, hazırda İngiltərə Premyer Liqasında “başını başlara qoşan” “Mançester Siti” bir vaxtlar “ox ata bilməyib”. Belə ki, “şəhərlilər” aşağı-yuxarı get-gəllər üzrə usta olublar – “Mançester Siti”nin Çempionşipdəki 7 çempionluğu yarışın ən yaxşı 2-ci nəticəsidir.