Bakı. Trend:
Bakıda küləyə qarşı qaçmaq – bir növ ekstrimdir.
Bu barədə Trend-əfinişdə ukraynalı idmançı Vitali Şafar bildirib.
“Mən 25 ildir marafonlarda iştirak edirəm və ilk dəfə KiyevdənBakıya gəlmişəm – çox gözəl şəhərdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” start götürüb. İştirakçılar Bayraq meydanındanyarışa başlayıblar.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib.Marafon 21 kilometr məsafəni əhatə edəcək.