AZ

İnzaqi və Çalhanoğlu cəzalandırıldı – mafiya ilə əlaqəyə görə

“İnter”in baş məşqçisi Simone İnzaqi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu 1 oyunluq diskvalifikasiya olunub.

Msport.az xəbər verir ki, cəzanın səbəbi onların mafiya ilə ehtimal olunan əlaqələridir.

Araşdırma zamanı İnzaqi və Çalhanoğlunun 2023-cü ildə “Mançester Siti” ilə keçirilmiş Çempionlar Liqasının final oyununa əlavə bilet bölgüsü ilə bağlı mafiya ailələri ilə əlaqəsi olan ultra azarkeşlərdən biri ilə təmasda olduqları müəyyən edilib.

Ötən ilin sentyabrında “İnter” və “Milan” azarkeşlərindən bir neçəsi hədə-qorxu yolu ilə pul tələb etmək və digər cinayət əməllərinə görə həbs olunmuşdu. Həmin fanatların da mafioz ailələrlə əlaqəli olduqları və futbol sənayesində cinayətlər törətdikləri vurğulanıb.

Həm “İnter”, həm də “Milan” bu istintaqda prokurorluqla razılığa gəlib. Razılaşmaya əsasən, “neradzurra” 70 min, “rossonyeri” isə 30 min avro cərimə ödəyəcək.

Seçilən
0
msport.az

1Mənbələr