İngiltərə Premyer Liqasının “Bornmut”la 35-ci tur ev oyununda 1:2 hesablı məğlubiyyət “Arsenal” üçün antirekordla əmamətdar olub.
Arena.az “Opta Sport” statistik portalına istinadən məlumat verir ki, oyunda hesab üsünlüyünü əldən vermiş “topçular”, Premyer Liqanın bir mövsümü ərzində hesab üstünlüyünə malik ikən yekunda itirilmiş xallar üzrə klub antirekordunu təkrarlayıblar.
“Arsenal” Premyer Liqanın cari mövsümündə müvafiq tərzdə əzmkar rəqiblərinə 21 xallıq “buket” “hədiyyə” edib.
Xatrladaq ki, “topçular” eyni “səxavəti” 2019/2020-ci illər mövsümündə də nümayiş etdirmişdilər. Bu iki nəticə London klubunun tarixi antirekordudur.
Maraqlıdır ki, “topçular”ın bu “xəstəliyinə” çarə tapmış mütəxəssis hələ yoxdur. Belə ki, ilk dəfə müvafiq mütləq antirekorda imza atmış ispaniyalı mütəxəssis Unai Emeri “topçular”ın sükanını elə, 2019-cu ildə təhvil verməli olmuşdu. Ardınca, salahiyyətli icraçı qismində bir neçə həftə isveçli mütəxəssis Freddi Yunqberqin ümidinə qalmış “Arsenal”ı, həmin ilin dekabr ayında Mikel Arteta nəzarətinə götürüb. Göründüyü kimi, Arteta “Arsenal”ın “xal tırıqlamasına” əlac edə bilmir. Belə gedişlə “topçular” Premyer Liqanın “gümüş”ünü də əldən verə bilərlər.
35 oyundan 67 xalla “Arsenal” Premyer Liqanın yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Topçular”ı 3-cü pillədən 64 xalla “Mançester Siti” təqib edir. “Bornmut” 53 xalla 8-ci pillədədir.
İngiltərə Premyer Liqasının cari mövsüm çempionu isə “Liverpul”dur, “qırmızılar” qalib adını 34-cü turda “Tottenhem” üzərində 5:1 hesablı ev qələbəsi sayəsində erkən surətdə təmin ediblər.