AZ

Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu finalda - İkisi bir-biri ilə üz-üzə

Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın dörd cüdoçusundan üçü finala yüksəlib.

Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində Elcan Hacıyev və Vüqar Talıbov həlledici görüşdə iştirak hüququna yiyələnib.

Qızıl medal qarşılaşmasında ölkənin iki təmsilçisi üz-üzə gələcək.

100 kq-dan yuxarı çəki dərəcəsində isə Camal Qamzatxanov finala vəsiqə qazanıb. O, yarımfinalda özbəkistanlı Utkirbek Turoboyevi 9 saniyəyə ipponla üstələyib. Qamzatxanovun son rəqibi tacikistanlı Temur Raximov olacaq.

Bu çəkidəki daha bir cüdoçu Kənan Nəsibov isə 3-cü yer uğrunda görüşə çıxacaq. Nəsibov bürünc medal qarşılaşmasında Turoboyevlə üz-üzə gələcək.

Qeyd edək ki, Düşənbədəki Böyük Dəbilqədə daha əvvəl Balabəy Ağayev 60 kq çəkidə qızıl medal qazanıb.

Seçilən
0
39
teleqraf.com

10Mənbələr