Xaçmazda yük qatarının vurduğu 31 yaşlı gənclə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Kənanın özünü qatarın altına atdığı deyilir.
Hadisə Xaçmaz-Çarxı dəmiryolunun 148-ci km-nin 4-cü piketində baş verib. Mərhum evli olub, bir övladı var.
Hadisəni Xaçmaz rayon prokurorluğu araşdırır.
Qeyd edək ki, Kənan Abdullazadə FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri olub.
Aytəkin Alxaslı, Bizim.Medià, Şimal bürosu