Bu gün futbol üzrə II Liqada mövsümün ən prinsipial qarşılaşması keçiriləcək.
Offsideplus.az xəbər verir ki, lider "Şahdağ Qusar" Bakıda "Şəfa"nın qonağı olacaq.
Hazırda rəqibini 3 xal qabaqlayan Qusar təmsilçisi qalib gələcəyi təqdirdə, faktiki olaraq, qızıl medalların taleyini həll edəcək.
Ancaq oyuna prinsipiallıq gətirən meydandan kənar məqam də var. Belə ki, "Şəfa" rəhbərliyinin ASK Arenada baş tutacaq görüş üçün biletlərin 10 manata satması "Şahdağ Qusar" tərəfində kəskin narazılıq yaradıb və günlərlə müzakirələrə səbəb olub.
Məlumata görə, satışa çıxarılan 3729 biletin hamısı realizə olunub.
Bu maraqlı matçla bağlı ən maraqlı məqamları, videoları saytımız vasitəsilə izləyə bilərsiniz.
II Liqa, XXIV tur
16:00 "Şəfa" - "Şahdağ Qusar"
ASK Arena. Bakı