BAKI, 4 may. TELEQRAF
Rumıniyada prezident seçkilərinin ikinci mərhələsi keçirilir.
Teleqraf-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8:00-da seçki məntəqələri fəaliyyətə başlayıb.
Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin ilk turu 2024-cü ilin noyabrında keçirilib. Həmin mərhələnin lideri isə ifrat sağçı namizəd Kelin Çorçesku olub. O, yerli yəhudi icmaları tərəfindən antisemitizm ittihamlarına məruz qalıb.