AZ

Bakı marafonu yaradıcı insanları və idmançıları bir araya gətirdi – Xalq artisti Tünzalə Ağayeva

Bakı. Trend:

Bakı marafonu yaradıcı insanları və idmançıları bir arayagətirərək, Azərbaycan və digər ölkələrdən minlərlə insan üçün böyükbir bayrama çevrildi.

Bu barədə Trend-əmarafonun fəxri iştirakçısı, Azərbaycanın xalq artisti, müğənni vəbəstəkar Tünzalə Ağayeva bildirib.

“Mən özüm də aktiv şəkildə idmanla, pilates və yoga ilə məşğuloluram və hər bir marafon iştirakçısı öz nümunəsi ilə iradəsini vəsağlam həyat tərzinə meyilliliyini göstərir. Ənənəvi marafon artıqölkəmizin həyatında mühüm bir hadisəyə çevrilib və yalnız müsbətemosiyalar bəxş edir”, – deyə Xalq artisti vurğulayıb.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” start götürüb. İştirakçılar Bayraq meydanındanyarışa başlayıblar.

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib.Marafon 21 kilometr məsafəni əhatə edəcək.

Seçilən
0
1
az.trend.az

2Mənbələr