“Barselona”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın vingeri Lamin Yamal haqda danışıb:
“Yamal hiyləgər adamdır (gülür). O, hazırda dünyanın ən yaxşı futbolçusudur. O, mənə sataşmağı xoşlayır. Laminin əldə etdiyi hər şeylə fəxr edirəm”.
Yamal bu mövsüm La Liqada 31 oyunda 6 qol vurub, 14 məhsuldar ötürmə edib.