AZ

Debüt oyununda ağır zədə aldı

“Barselona”nın futbolçusu Dani Rodriges Krespo debüt oyununda zədələnib.

Msport.az xəbər verir ki, 19 yaşlı cinah oyunçusu La Liqanın 34-cü turunda “Valyadolid”lə görüşdə sıradan çıxıb.

34-cü dəqiqədə Rodriges rəqib müdafiəçisi Adam Aznuyla mübarizədən sonra çiynini tutaraq ağrı hiss edib. Həkimlər onun qolunu sarıyıblar və futbolçu meydanı tərk edib. Danini Lamin Yamal əvəzləyib.

Qeyd edək ki, oyun “Barselona”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
0
msport.az

1Mənbələr