AZ

Si Cinpin Rusiyaya rəsmi səfər edəcək

​BAKI, 4 may. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpin 7–10 may tarixlərində Rusiya Federasiyasına rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində iki ölkə liderinin hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji əməkdaşlığın inkişafı, eləcə də beynəlxalq və regional gündəmdəki aktual məsələləri müzakirə edəcəyi gözlənilir.

Tərəflər arasında bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.

Çin liderinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə də iştirak edəcəyi gözlənilir.

Seçilən
0
7
teleqraf.com

10Mənbələr