Bakı. Trend:
Azərbaycanın pravoslav icması Rusiya ilə dövlətlərarasımünasibətlərdə mühüm amildir
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanınvə Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşündə deyib.
"Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət,qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasındamöhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsinitəşkil edir. Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarasımünasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlarda Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafındafikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararasıvə millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür.Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əkshalda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rusicmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizininkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təminolunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayançoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizinümumi inkişafına böyük töhfə verir", - deyə Prezident İlham Əliyevbildirib.