Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
“Neftçi” isə “Kəpəz”i qəbul edəcək. Matç saat 20:00-da start götürəcək.
4 may
18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
“Azərsun Arena”
20:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
“Neftçi Arena”