AZ

"Neftçi" "Kəpəz"lə matça 5 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının 33-cü turunda “Kəpəz”lə qarşılaşacaq “Neftçi” matça itkilərlə çıxacaq. 

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın heyətində 5 itki var.

Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu bu gün saat 20:00-da başlanacaq.

Seçilən
0
fanat.az

1Mənbələr