Bakı. Trend:
Bakıda keçirilən “Bədii gimnastika üzrə Avropa kuboku”nundördüncü günü start götürüb.
Trend xəbər verir ki, yarışındördüncü günündə gənclər yaş kateqoriyasında gimnastlar fərdiproqramda halqa, top, gürzlər və lentlə çıxış edəcəklər. Onlarınmükafatlandırma mərasimi keçiriləcək.
Daha sonra gənclər yaş kateqoriyasında gimnastlar qruphərəkətləri komandasında 5 halqa və 5 cüt gürzlə çıxış edəcək,qaliblər müəyyənləşəcək.
Ardınca böyüklər yaş kateqoriyasında gimnastlar fərdi proqramtəsnifatı çərçivəsində çarpaz qarşılaşmalarda iştirak edəcəklər.1/8-final, ¼-final, yarımfinal və final mərhələlərindən sonraqaliblər mükafatlandırılacaq.
Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çoxgimnast mübarizə aparır. Turnir bu gün başa çatacaq.