AZ

“Bakı Marafonu 2025” start götürdü (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” startgötürüb.

Trend xəbər verir ki,iştirakçılar Bayraq meydanından yarışa başlayıblar.

Məlumat üçün bildirək ki, “Küləyə qalib gəl” şüarı altındakeçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədəkiştirakçı qeydiyyatdan keçib.

“Küləyə qalib gəl”ənlər arasında Azərbaycan vətəndaşları iləyanaşı, digər ölkələrdən qoşulanlar da var. Yürüşdə fizikiimkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirakedirlər.

Marafon iştirakçıları qaçış zolağında kişi və qadınkateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparırlar. Bununlayanaşı, finişə çatan ilk 2 min iştirakçıya medallar, bütün marafoniştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərəisə sertifikatlar təqdim olunacaq.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında yerləşir.Marşrut Dənizkənarı Bulvar, Neftçilər prospekti, Bakı Ağ Şəhərbulvarı, 8 Noyabr prospekti, Üzeyir Hacıbəyli küçəsi, Bayıl dairəsivə Bibiheybət yolu kimi paytaxtın əsas küçə və prospektlərini əhatəedəcək.

Marafon 21 kilometr məsafəni əhatə edəcək. Peşəkar atletlər buməsafəni təxminən 1 saat 15 dəqiqəyə, həvəskar iştirakçılar isə 2-3saat ərzində qət edə bilirlər. Buna görə də marafonun ümumidavametmə müddəti iştirakçıların fərdi sürətindən asılı olaraqdəyişəcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün DövlətBayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncəzonası da yaradılıb. Burada əyləncə proqramları, yarışlar, idmantədbirləri keçiriləcək.

“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
Seçilən
0
34
az.trend.az

10Mənbələr