AZ

Gələn ildən kor adam qalmayacaq


İş adamı İlon Maskın “Neuralink” şirkəti beyinə görmə qabiliyyətini bərpa edəcək çip yerləşdirmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Mask “Foks Nyus”a müsahibəsində deyib.

O bildirib ki, “Blindsight” adlı cihaz beynin vizual korteksi ilə birbaşa qarşılıqlı əlaqədə olacaq.

“Biz anadangəlmə kor olan insanlara belə bir imkan yaradacağıq. İlk sınağın bu ilin sonunda olmasını gözləyirəm”.

Maskın sözlərinə görə, gələcəkdə şirkət onurğa beyni zədəsi olan insanlara yerimə qabiliyyətini bərpa etməyə kömək edə bilər.

Seçilən
0
news24.az

1Mənbələr