Faşizm üzərindəki qələbənin 80-ci ildönümü Avropada ABŞ-la həmrəylik şəraitində keçiriləcək.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, həm Avropa, həm də Amerikadakı bir çox ictimai-siyasi xadim, müharibə veteranı bu yubileyin ABŞ-Avropa gərginliyinə son qoya biləcəyinə inanır. Onlar hesab edir ki, ABŞ və Avropanın İkinci Dünya müharibəsində faşizmə qarşı birgə mübarizəsi bu iki qitənin əbədi dostluğu üçün ciddi zəmindir və bu tarixi zəminə hər kəs hörmət etməyə borcludur.
Qərbdə aparılan sorğuların nəticəsi göstərir ki, avropalıların əksəriyyəti ABŞ-ın dəstəyi ilə 1944-cü ildə ikinci cəbnhənin açılmasını Avropanın xilası kimi qiymətləndirir. Onlar hesab edir ki, “amerikalıların qanı bizim torpaqlarımızdadır və bu qan bizi əbədi birləşdirir”. Buna görə də onlar ABŞ-la Avropa arasındakı siyasi gərginliyin ortadan qalxmasını tarixi zərurət sayır və hesab edirlər ki, qələbənin 80 illik yubuleyi bu gərginliyin ortadan qalxması üçün ən yaxşı fürsətdir.
Seymur ƏLİYEV