AZ

Mask: “Media qəsdən mənim nüfuzumu məhv edir”

Amerikalı milyarder və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask nüfuzunun KİV tərəfindən qəsdən məhv edilməsindən şikayət edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə “Fox News”un “YouTube” kanalında Lara Trampa verdiyi müsahibəsində bildirib.

Maskın fikrincə, media nümayəndələri kiminsə haqqında ictimai rəyi məhv etmək üçün çox şeylər uydura bilən təbliğat kampaniyasının iştirakçılarıdır.

“Onlar həqiqətən məni hər cür incitməyə çalışırlar. Əgər bir düyməni basıb məni reallıqda öldürə bilsələr, dərhal həmin düyməni basardılar. Amma məni öldürmək bir az çətin olduğu üçün onlar nüfuzuma xələl gətirmək və böhtan atmaqla məşğul olurlar”, – DOGE rəhbəri vurğulayıb.

Seçilən
0
editor.az

1Mənbələr