Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
Əvvəlcə çempionluğu təmin edən “Qarabağ” heç bir iddiası qalmayan “Sumqayıt”ı qəbul edəcək.
Tura “Neftçi Arena”da yekun vurulacaq. Uğursuz mövsüm keçirən “Neftçi” “Kəpəz”i qəbul edəcək. Gəncəlilər səfərdə qələbə qazansa, sonuncu pillədəki “Səbail”in Premyer Liqanı tərk etməsi rəsmiləşəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” matçları eyni hesablı (1:1) heç-heçə yekunlaşıb.