AZ

Saytlardan xəbər silinməsi: "Sanki media bunların şəxsi bostan sahəsidir" - Aynur Camalqızı yazır

Aynur CAMAL

Teleqraf Media Qrupunun Baş direktoru

***

Məncə, qəzetçiliyə - print mediaya qayıdaq! Bu ölkədə hər kəs - sıravisindən yüksək çinli məmurunadək hər kəs hesab edir ki, xəbər portalları, agentliklər onların bəyənmədiyi, zövqünü oxşamadığı, lazım bilmədiyi, yayılmasını istəmədiyi... xəbərləri hökmlü, iddialı, bir az da incik səslə zəng edərək saytdan silinməsini tələb edə bilər.

Qəzetçilik zamanı bunu edə bilmirdilər. Çünki qəzet çapdan çıxdıqdan, yayıldıqdan sonra qarşısını almaq mümkün deyildi. İndi isə sifariş verirmişcəsinə, əmr edirmişcəsinə, təkidlə, israrla, ikrahla... tələb edilir: silin.

Sanki media bunların şəxsi bostan sahəsidir, öz futbol meydançalarıdır, şeir dəftərçələridir. Niyə? Ciddi soruşuram, niyə? Media bunu etməyə borcludurmu?

Özü də təkzib verilməsini tələb etmirlər ha. O da əgər xəbər təsdiqini tapmazsa... Birbaşa deyirlər, silin! Mediada yalnız bunların öz göndərdikləri mətnlər dərc edilməlidir: ütülü-üfülü. Hətta janrı da özləri seçməlidirlər - müəllif yazısı olsun, açıqlama olsun, müsahibə olsun.

P.S.Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.

MİA.AZ

Seçilən
0
mia.az

1Mənbələr