BAKI, 4 may. TELEQRAF
Pentaqonun rəhbəri Pit Hqgset 12 mayda İsrailə ilk işgüzar səfərini edəcək.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, o İsraildə Baş nazir Binyamin Netanyahu ilə görüşəcək.
Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfərindən əvvəl baş tutacaq. Bu, onun Pentaqon rəhbəri təyin edilməsindən sonra İsrailə ilk səfərdir.
Səfər çərçivəsində Heqset Netanyahu ilə yanaşı İsrailin müdafiə naziri İsrael Katz ilə də görüşəcək.