Demokrat.az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-2025-də bildirib.
"TEKNOFEST-2025 22 ölkədən 15 750 komanda və 47 865 nəfər iştirak edib. Müxtəlif kateqoriyalarda təşkil edilən bu müsabiqələrdə 6 ölkədən 268 komanda və 1 083 nəfər isə finalçı olmaqla uğur qazanıb. Mükafat alan gənclərimizin hər birini ayrı-ayrılıqda təbrik edir, uğurlarının davamını diləyirəm", - o vurğulayıb.