AZ

“İnter Mayami”nin azarkeşləri Messidən narazıdırlar

Məlum olduğu kimi, MLS təmsilçisi “İnter Mayami” cari mövsümün CONCACAF Çempionlar Kubokunda mübarizəsinə xitam verib.

Arena.az xatırladır ki, “vağlar” yarışın yarımfinal mərhələsində Kanada təmsilçisi “Vankuver Uaytkeps”ə iki oyunun nəticəsi əsasında məğlub olublar – 1:1 və 1:3.

Oyundan sonra Mayami klubunun azarkşelərinin tənqid dalğası “vağlar”ın argentinalı ulduzu və kapitanı, 37 yaşlı argentinalı hücumçu Lionel Messi başda olmaqla, klub üzərinə yönəlib. “Vağlar”ın argentinalı baş məşqçisi Xavyer Maskerano və 38 yaşlı uruqvaylı ulduzu, mərkəz hücumçusu Luis Suares də “paylarını” alıblar.

“Ən yağlı” tənqidlərdən mətbuat səhifələrində üzə az-çox çıxarılması mümkün nümunələri oxucularımıza təqdim edirik:

JAKE BUCKLEY: “İnter Mayami”nin bu müdafiəsi peşəkar futbolun tarixində bəlkə də ən bərbad müdafiədir;

James: Bu “lotu” Maskerano bu işi necə təyinat alıb (qəhqəhə smaylı)?

ThePessiLad: Klubun təsis edildiyi vaxtdan bəri, bir “İnter Mayami” azarkeşi olaraq, mən istəyirəm ki, Messi mənim klubumdan çıxıb-getsin. O, komandanın inkişafını ləngidir. Lütfən, xahiş edirəm, Bekhem, ona de ki, özünə təzə klub tapsın. Daha belə də olmaz axı! Bizə qənimətlər gərəkdir, bitib-tükənmiş oyunçular yox.

Laisser Maeda: Bu ağlağan Messini və bu dalınəcisli qoca Suaresi cəhənnəmə rədd edin, izal olsunlar!

Kody Cicale: Mütləq Messinin rədd olub yox olması haqda bəyanat yayın.

Əlavə edək ki, müvafiq qəbildən tənqidlər çoxdur və yağlı söyüşlərlə ifadə edildiyindən, el arasına çıxarılması abır-həyaya sığmır.

Seçilən
0
arena.az

1Mənbələr