
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sosial şəbəkə vasitəsilə valideynlərə internetdəki risklərlə bağlı xəbərdarlıq edib. Bildirilib ki, uşaqların internetdə oynadığı oyunlar barədə valideynlər məlumatlı olmalı, onlara yalnız nəzarət altında internetdən istifadə etməyə icazə verilməlidir. Eyni zamanda güclü və mürəkkəb şifrə seçimi ilə bağlı da övladlarına yardım göstərmələri tövsiyə olunub. Məqsəd uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək və mümkün risklərin qarşısını almaqdır.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO
🌸 Yazın Sonuna Qədər Bu 4 Bürcü Sevgi Alovlandıracaq!