AZ

İlon Mask: "Neuralink" çipi görmə qabiliyyəti olmayan şəxslərə yeni imkanlar yaradacaq

​BAKI, 4 may. TELEQRAF

İlon Maskın sahibi olduğu Neuralink şirkəti qarşıdakı bir il ərzində tamamilə görmə qabiliyyətini itirmiş insanlara görmə imkanını qaytara biləcək ilk çipin insan beyninə implantasiyasını planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Mask "Fox News" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, "Blindsight" adlanan bu cihaz birbaşa olaraq beynin görmə qabiliyyətinə cavabdeh olan görmə qabığı ilə qarşılıqlı əlaqədə olacaq. Şirkət bu sahədə növbəti 12 ay ərzində ciddi irəliləyiş əldə etməyi qarşısına məqsəd qoyub.

Mask bildirib ki, "Neuralink" şirkətinin digər sahələr üzrə də bir neçə yenilikçi layihəsi var. Məsələn, gələcəkdə onurğa beyni zədələnmiş insanların yenidən yeriməsinə kömək edə biləcək texnologiyaların hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, daha əvvəl "Neuralink" ilk dəfə olaraq amiotrofik lateral skleroz (ALS) xəstəliyindən əziyyət çəkən bir insana beyin implantı yerləşdirmişdi.

Seçilən
0
teleqraf.com

1Mənbələr