AZ

“Qarabağ” bu gün “Sumqayıt”ı qəbul edəcək

Misli Premyer Liqasında bu gün XXXIII tura iki oyunla yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, əvvəlcə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

“Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Ötən tur çempionluğu rəsmiləşdirmiş “Qarabağ” hazırda 77 xalla turnir cədvəlinin ilk pilləsindədir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.

Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 20:00-da başlayacaq. “Neftçi” hazırda 36 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.


Bizim.Media
 

Seçilən
0
7
bizim.media

10Mənbələr