Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 4 May 2025, 08:38