AZ

Kim Çen In Şimali Koreya ordusunu müasir zirehli texnika ilə təchiz etməyi tapşırıb

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun zirehlitexnikasını tez bir zamanda yeniləməyə ehtiyac olduğunuaçıqlayıb.

Trend-inməlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyibildirib.

"Kim Çen In vurğulayıb ki, ötən əsrdə quru qoşunlarımızınzirehli texnikasının ən müasir tank və zirehli texnika iləəvəzlənməsi silahlı qüvvələrin qurulmasında və quru qoşunlarınınmodernləşdirilməsində ən vacib məsələdir", - deyə Şimali Koreyaliderinin tankqayırma zavoduna baş çəkməsinə dair məlumatda qeydolunub.

Kim Çen In qeyd edib ki, bu zavodun və ixtisaslaşdırılmışmüəssisələrin modernləşdirilməsi yolu ilə müasir iri tankların vəözüyeriyən artilleriya qurğularının istehsalının sürətləndirilməsi,zirehli texnikanın ən qısa müddətdə yenilənməsi “Partiya MərkəziKomitəsinin zirehli texnikanın istehsalında ikinci inqilab etməkkimi böyük planının və strateji niyyətinin həyata keçirilməsindəmühüm vəzifədir”.

Seçilən
0
az.trend.az

1Mənbələr