AZ

Pentaqon rəhbəri ilk səfərini İsrailə edəcək

BAKI, 4 may. TELEQRAF

Pit Heqset ABŞ müdafiə naziri kimi ilk işgüzar səfərini İsrailə edəcək.

Teleqraf “Axios” portalına istinadən xəbər verir ki, Pentaqon rəhbəri mayın 12-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Xəbərdə bildirilir: “Heqset Prezident Donald Trampın Yaxın Şərqə səfərindən əvvəl İsrailə getməyi planlaşdırır. Bu, Pentaqon rəhbərinin vəzifəyə başladıqdan sonra İsrailə ilk səfəri olacaq”.

P.Heqset Netanyahu ilə yanaşı, İsrailin müdafiə naziri İsrael Katts ilə də görüşəcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr