BAKI, 4 may. TELEQRAF
Almaniyanın avtomobil nəhəngləri ciddi çətinliklərlə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzetindəki məqalədə məlumat verilib.
Nəşrin yazdığına görə, son vaxtlara qədər qlobal bazarda səs-küy yaradan alman istehsalçıları mövqelərini itirirlər. Ötən ilin məlumatlarına əsasən “BMW”də 37, “Volkswagen”də 33, “Mercedes-Benz”də 40,5 faiz gəlirlər azalıb.
Ekspertlər avtomobil nəhənglərinin problemlərinin üç əsas səbəbini qeyd edirlər. Bunlara Avropa İttifaqının sanksiyalarından sonra enerji böhranı səbəbindən xərclərin kəskin artması, əsas bazarda - Çində tələbatın azalması və elektrik avtomobilləri ilə rəqabət aiddir.