AZ

ABŞ-də təyyarə yaşayış binasının üzərinə düşdü, pilot öldü

BAKI, 5 may. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında yerləşən Vud-Ranç ərazisində kiÇik təyyarə qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb.

Teleqraf xəbər verir ki, məlumatı CBS News yayıb.

Pilot yerindəcə dünyasını dəyişib.

Fövqəladə hadisə nəticəsində yanğın başlayıb. Hadisə yerinə xilasedicilər gəlib.

Zərərçəkən sakinlər barədə hələlik məlumat verilmir.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr