BAKI, 5 may. TELEQRAF
Litvada müvəqqəti icazə ilə yaşayan ruslar üç təqvim ayında bir dəfədən çox olmayaraq vətənlərinə və Belarusa səfər edə bilərlər.
Teleqraf xəbər verir ki, məhdudiyyət Rusiya Federasiyasına və ya Belarusiyaya bir neçə dəfə səfər etmiş Rusiya vətəndaşının Litvada yaşamaq icazəsinin avtomatik olaraq ləğv ediləcəyini nəzərdə tutur.
Oxşar məhdudiyyət Belarus vətəndaşları üçün də nəzərdə tutulsa da, Litva Seymi bunu dəstəkləməyib.