BAKI, 5 may. TELEQRAF
İranın Xarici işlər naziri Abbas Əraqçi İslamabadla Yeni Dehli arasında münaqişənin kəskinləşməsi fonunda Pakistana rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
Xəbərdə deyilir: “XİN rəsmisi Pakistanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək və regional və beynəlxalq səviyyədə baş verən son hadisələri müzakirə edəcək”.
A.Əraqçi gələn həftə Hindistana da rəsmi səfər edəcək.