AZ

“Barsa”dan səfər qələbəsi

İspaniya La Liqasında XXXIV turun daha 2 oyunu keçirilib.

Apasport.az xəbər verir ki, lider "Barselona" səfərdə autsayder "Real Valyadolid"lə qarşılaşıb.

Birinci hissədən sonra kataloniyalılar "Valyadolid"ə 0:1 hesabı ilə uduzublar. Baş məşqçi Hans-Diter Flikin əvəzetmələri ikinci hissədə öz bəhrəsini verib. Rafinya və Fermin Lopes fərqlənərək, "Barselona"ya 3 xal qazandırıblar.

Qeyd edək ki, bu qələbədən sonra lider ən yaxın izləyicisi "Real Madrid"lə xal fərqini 7-yə yüksəldib. 

İspaniya La Liqası

XXXIV tur

20:30. "Las Palmas" – "Valensiya" - 2:3

23:00. "Valyadolid" – "Barselona" - 1:2

La Liqa: “Vilyareal” - “Osasuna” matçında 6 qol

Premyer Liqa: “Aston Villa”dan minimalhesablı qələbə

Keyn lənəti davam edir? - “BAVARİYA” ÇEMPİONLUĞU RƏSMİLƏŞDİRƏ BİLMƏDİ

La Liqa: “Rayo Valyekano” qələbə qazanıb

Premyer Liqa: “Siti” 3 xalı 1 qolla qazandı

Seçilən
0
apasport.az

1Mənbələr