AZ

Pula görə vampir olan Bred Pitt niyə toyuq kostyumunda küçələrə düşdü?

Bu gün milyonların sevimlisi olan Hollivud ulduzu Bred Pitt bir vaxtlar toyuq kostyumunda küçədə dayanaraq reklamla məşğul olub.

"Ölkə.az" bildirir ki, o, aktyor olmaq xəyalı ilə Missuri Universitetində jurnalistikanı yarımçıq qoyaraq Los-Ancelesə köçüb və ilk işi bir restoran üçün küçədə reklam etmək olub.

Aktyorluğa 1987-ci ildə seriallardakı kiçik rollarla başlayıb. Daha sonra "Dallas" və "Jump Street, 21" kimi layihələrdə çəkilib. 1994-cü ildə "Vampirlə müsahibə" filmindəki rolu Pitt üçün dönüş nöqtəsi olub və MTV Film Mükafatına layiq görülüb.

O, çəkilişlərdə çətinlik yaşasa da, müqavilədən imtinanın 40 milyon dollara başa gələcəyini öyrəndikdən sonra davam etməyə qərar verib. 1996-cı ildə "12 meymun" filmindəki roluna görə "Qızıl Qlobus", 2014-cü ildə "12 illik əsarət"ə, 2020-ci ildə isə "Bir zamanlar Hollivudda" filmindəki roluna görə "Oskar" mükafatı qazanıb.

Onun film karyerası haqqında daha bir neçə maraqlı fakt: "Döyüş klubu" filmindəki Tayler Durden obrazını daha inandırıcı etmək üçün Pitt qəsdən dişlərini sındırıb və film bitəndən sonra onları düzəltdirib; "Payız əfsanələri" filminin çəkilişlərində isə o, əsl ayı ilə qarşılaşıb. Təhlükəsizlik tədbirləri görülsə də, bu təcrübə onun yaddaşında dərin iz buraxıb.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
0
1
olke.az

2Mənbələr