Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Alaves” – “Atletiko” matçında qapılara qol vurulmayıb. Altı qolun qeydə alındığı “Vilyarreal” – “Osasuna” görüşündə meydan sahibləri sevinən tərəf olublar. Beş qolluq “Las Palmas” – “Valensiya” matçı isə qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Lider “Barselona” da səfərdə “Valyadolid”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi erkən qol buraxdığı bu görüşün yekununda əzmkar qələbəyə sevinib.
34-cü turun qalan görüşləri mayın 4-də və 5-də keçiriləcək.
İspaniya, La Liqa
34-cü tur
2 may
Rayo Valyekano – Xetafe 1:0
Qol: Lejen, 7.
3 may
Alaves – Atletiko 0:0
Vilyarreal – Osasuna 4:2
Qollar: A.Peres, 2; 39. Barri, 33. Pepe, 71 – R.Qarsiya, 66. Oros, 81-pen.
Las Palmas – Valensiya 2:3
Qollar: S.Ramires, 45+2-pen – Duro, 22; 58. A.Suares, 75-öz qapısına.
Valyadolid – Barselona 1:2
Qollar: İ.Sançes, 6 – Rafinya, 54. F.Lopes, 60.
4 may
16:00. Real – Selta
18:15. Sevilya – Leqanes
20:30. Espanyol – Betis
23:00. Real Sosyedad – Atletik
5 may
23:00. Jirona – Malyorka