Misli Premyer Liqasında XXXIII tura bu gün "Neftçi Arena"da yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, bu stadionda "Neftçi" "Kəpəz"lə qüvvəsini sınayacaq.
Meydan sahiblərinin prestij üçün mübarizə aparacağı bu görüşdə "Kəpəz" qələbə sayəsində Premyer Liqada yerini rəsmən qorumaq niyyətindədir.
Əgər bu gün "Sumqayıt" "Qarabağ"la matçda xal qazanarsan və "Kəpəz" "Neftçi"ni məğlub edərsə, sonuncu pilləniin sahibi "Səbail"in I Liqaya düşəcəyi dəqiqləşəcək.
Misli Premyer Liqası, XXXIII tur
“Qarabağ” – “Sumqayıt”
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov